AzTV-nin əməkdaşı gözlənilməz şəkildə dünyasını dəyişdi

AzTV-nin əməkdaşı gözlənilməz şəkildə dünyasını dəyişdi

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Məqsəd Əlisahib oğlu Məmmədli faciəli şəkildə həyatını itirib.

Telekanalın yaydığı məlumata görə, hadisə dənizdə baş verib. Məqsəd Məmmədli suda boğularaq dünyasını dəyişib.

Məqsəd Məmmədli AzTV-nin İnformasiya Proqramları Studiyasında prodüser kimi fəaliyyət göstərib.

O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub. Prezidentin müvafiq sərəncamına əlavə edilmiş rəsmi siyahıda Məqsəd Əlisahib oğlu Məmmədlinin adı 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçular sırasında yer alır.

Onun vəfatı AzTV kollektivi və yaxınları tərəfindən böyük kədər hissi ilə qarşılanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir