Günəş tutulmasının heyrətamiz görüntüləri yayılıb-Foto

Günəş tutulmasının heyrətamiz görüntüləri yayılıb-Foto

Dünyanın bir sıra ölkələrində dünən nadir astronomik hadisə – tam Günəş tutulması qeydə alınıb.

Hadisə Bakı vaxtı ilə 19:34-də başlayıb və 23:57-dək davam edib. Tutulmanın ən yüksək mərhələsi saat 21:46-da müşahidə olunub.

Mərkəzi tutulma 20:57-də başlayaraq 22:30-da yekunlaşıb. Tam tutulma mərhələsi isə ən uzun halda 2 dəqiqə 18 saniyə davam edib.

Tutulma zamanı Ayın Yerə olan mövqeyi və görünən ölçüsünün Günəşdən 1,0386 dəfə böyük olması nəticəsində Günəş diski tamamilə Ayın arxasında qalıb.

Qeyd edək ki, bu astronomik hadisəni Azərbaycan ərazisindən müşahidə etmək mümkün olmayıb.

Tutulmanın dünyanın müxtəlif ölkələrində çəkilən ən maraqlı görüntülərini təqdim edirik.

mənbə:Azertag

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir