Həftə sonu hava necə olacaq?

Həftə sonu hava necə olacaq?

Azərbaycanda avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün əsasən yağmursuz keçsə də, səhər saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. 

Paytaxtda havanın temperaturunun gecə 22-25, gündüz isə 29-32 dərəcə isti olacağı gözlənilir. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Bölgələrdə hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi, bəzi yerlərdə isə duman müşahidə olunacağı bildirilir.

Rayonlarda havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 12-17, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti avqustun 14-15-də bir sıra rayonlarda güclü küləklə bağlı sarı xəbərdarlıq da verib. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir