Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda azyaşlı ilə bağlı hadisə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, uşağın ayağı hovuzdakı su nasosunda sıxılıb. Hadisə zamanı ərazidə həyəcanlı anlar yaşanıb.
Məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri hadisə yerinə cəlb olunub. Hazırda uşağın xilas edilməsi istiqamətində əməliyyat aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik.




