Hövsanda mağazanın tavanı uçdu: Qadın dağıntılar altında qaldı-VİDEO

Hövsanda mağazanın tavanı uçdu: Qadın dağıntılar altında qaldı-VİDEO

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun hadisəsi baş verib.

Xəbər Yerində FHN-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan sonra FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Ərazidə vəziyyət qiymətləndirilərkən mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli xəsarətlər aldığı və dağıntılar altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə qadını dağıntılar altından çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir