Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
“Xəbər Yerində”nin əldə etdiyi məlumata görə, VAZ-2107 markalı avtomobil körpüdən keçərkən tinə çırpılıb və Şirvan kanalına düşüb.
Hadisə zamanı boğulmaq təhlükəsi ilə üzləşən sürücü ətrafdakı vətəndaşların köməyi ilə sudan çıxarılıb.
Hadisə ilə bağlı digər təfərrüatlar dəqiqləşdirilir.

