Mingəçevirdə təmir işləri görən usta iş yerində qəfil dünyasını dəyişib.
Universitetdə təmir zamanı halı pisləşib
Hadisə avqustun 17-də saat 08:00 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib.
1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə Dilarə Əliyeva küçəsində yerləşən universitet binasında təmir işləri apararkən qəfil vəfat edib.
İlkin ehtimal: infarkt
İlkin məlumata görə, 43 yaşlı usta infarkt nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

