“Sürəti yüksək idi, saxlaya bilmədim”-5 nəfərin öldüyü qəzanın təfərrüatı

“Sürəti yüksək idi, saxlaya bilmədim”-5 nəfərin öldüyü qəzanın təfərrüatı

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub.

“Ciyər axşamı”na gedirmişlər

Məlumata görə, qəza zamanı həyatını itirən şəxslər rayonun Mahmudlu kəndindən Dəllər Cəyir kəndinə toy mərasimindən əvvəl keçirilən “ciyər axşamı”na gedirmişlər.

Onlar “VAZ 2106” markalı avtomobildə olublar.

Eyni ailədən 5 nəfər həyatını itirib

Qəza nəticəsində avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əlizamin Aslanov, həmçinin İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992) və Zəhra Vəliyeva (2018) həyatını itirib..

“Sürəti yüksək idi, saxlaya bilmədim”

Vəfat edən sürücünün qardaşı Polad Aslanov “APA TV”yə bildirib ki, “VAZ 2106” “KIA” markalı avtomobillə toqquşub.

Onun sözlərinə görə, “KIA”nın sürücüsü xəstəxanada onunla söhbət zamanı qəzanın öz səhvi ucbatından baş verdiyini deyib:

“Bərk sürürdüm, saxlaya bilmədim”.

7 nəfər yaralanıb

Qəza nəticəsində daha 7 nəfər xəsarət alıb. Vəfat edən Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir