Azərbaycan boksçusu Banuçiçək Nəsirli U-19 Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
Polşalı rəqibinə qalib gəldi
Serbiyanın Loznitsa şəhərində keçirilən yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan Nəsirli 1/4 finalda Polşa təmsilçisi Katarjina Qornisieviçi 3:2 hesabı ilə məğlub edib.
Bu qələbə ilə Banuçiçək Nəsirli yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Final üçün rinqə çıxacaq
Azərbaycanlı boksçu avqustun 20-də finala vəsiqə uğrunda İrlandiya təmsilçisi Ellen Coysla qarşılaşacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu 1/4 final mərhələsində mübarizə aparacaq.

