Almaniyanın “Borussiya” (Dortmund) klubu Niderlandın PSV komandasında çıxış edən Coui Verma ilə müqavilə imzalayıb.
Müqavilə 2031-ci ilə qədərdir
27 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Verma peşəkar karyerası ərzində Niderlandın “Volendam” və “Herenven” klublarında da forma geyinib.
PSV-də 198 oyuna çıxıb
Futbolçu 2022-ci ilin yanvarından çıxış etdiyi PSV-nin heyətində 198 matçda 31 qol vurub.
Verma Eyndhoven təmsilçisi ilə 3 dəfə Niderland çempionu olub. Bundan əlavə, 2 dəfə ölkə Kubokunu, 3 dəfə isə Superkuboku qazanıb.
Niderland millisində 16 oyun keçirən yarımmüdafiəçi 1 qola imza atıb.

