Xankəndidə “Şah əsəri” restoranının qarşısında insident baş verib.
Restoranın önündə mübahisə ediblər
Xeber Yerinde Lent.az-a istinadən məlumatına görə, hadisə Kərkicahan qəsəbəsində yerləşən restoranın qarşısında qeydə alınıb.
22 və 23 yaşlı iki gənc yüksək səslə nalayiq ifadələr işlədərək mübahisə edib. İnsident zamanı onlardan biri bıçaq xəsarəti alıb.
Polis əməkdaşları hər iki şəxsə irad bildirərək onları şöbəyə dəvət etsələr də, onlar polisin qanuni tələbinə tabe olmayıblar. Nəticədə gənclər saxlanılaraq polis şöbəsinə aparılıblar.
Mübahisənin səbəbi məlum olub
Məlumata görə, həmin gün restoranda ad günü mərasimi keçirilib. 22 və 23 yaşlı şəxslər də məclisdə iştirak ediblər.
Gecə saatlarında qonaqlardan birinin anası sərxoş vəziyyətdə olan qızını aparmaq üçün restorana gəlib. Bu zaman qadınla iki gənc arasında mübahisə yaranıb. Daha sonra onlar restoranın qarşısında nalayiq ifadələr işlədərək ictimai asayişi pozublar.
İki nəfər inzibati qaydada həbs edildi
Məhkəmənin qərarı ilə 23 yaşlı şəxs 20 gün, digər şəxs isə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

