Lökbatanda sonu uçurum olan yol-VİDEO

Lökbatanda sonu uçurum olan yol-VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində təhlükəli yol görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rasim Məmmədov küçəsi, 8-ci döngədə yerləşən məhəllədaxili yolun sonunda uçurum olduğu halda ərazidə sürücüləri xəbərdar edən heç bir nişan və təhlükəsizlik baryeri yoxdur.

Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur və ərazini ilk dəfə tanımayan sürücülər üçün ciddi təhlükə yaradır.

Məlumata görə, iki gün əvvəl sakinlərdən biri uçurumun qarşısına təhlükəsizlik məqsədilə torpaq töküb.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem nəzarətə götürülüb.

Qurumdan qeyd olunub ki, yaxın müddətdə aidiyyəti qurum tərəfindən əraziyə xəbərdaredici nişan və təhlükəsizlik baryeri quraşdırılacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir