Anar Nəcəfli işdən çıxarılıb?

Anar Nəcəfli işdən çıxarılıb?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib.

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, ötən gün Anar Nəcəflinin AAYDA-dakı vəzifəsindən çıxarıldığı barədə məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Anar Nəcəfli ilə əlaqə saxlanılıb.

A.Nəcəfli isə vəzifədən azad edilməsi barədə suala birbaşa cavab verməyərək, “Yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.

Bununla da onun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatın doğruluğu sual altında qalıb.

Qeyd edək ki, Anar Nəcəfli AAYDA-nın Mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir