Azərbaycanda sabah 40 dərəcəyədək isti proqnozlaşdırılır

Azərbaycanda sabah 40 dərəcəyədək isti proqnozlaşdırılır

Azərbaycanda avqustun 22-də bəzi rayonlarda havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxt və Abşeron yarımadasında gecə 23-27, gündüz isə 30-35 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər.

Rayonlarda gecə temperaturu 21-25, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcəyədək yüksələcək. Dağlıq ərazilərdə gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir