“Mən bura gəlməzdən qabaq bir ildən çox Azərbaycan dilini öyrəndim”-Britaniyalı səfir

“Mən bura gəlməzdən qabaq bir ildən çox Azərbaycan dilini öyrəndim”-Britaniyalı səfir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycan dilini öyrənməyi diplomatik karyerasında verdiyi ən uğurlu qərarlardan biri hesab edir.

Dunkan Norman bu barədə Bakıda keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, Azərbaycana gəlməsindən bir ildən artıq əvvəl dilimizi öyrənməyə başlayıb.

Səfir daha sonra bir müddət Gəncədə Azərbaycan ailəsinin yanında yaşadığını və bu təcrübənin dil biliklərinin inkişafına böyük töhfə verdiyini deyib.

“Mən bura gəlməzdən qabaq bir ildən çox əvvəl Azərbaycan dilini öyrəndim, sonra isə bir müddət Gəncədə bir ailə ilə yaşadım. Mən hələ də məşğul olmağa davam edirəm, çünki Azərbaycan dilimin hələ kifayət qədər yaxşı olduğunu düşünmürəm”, – deyə diplomat bildirib.

Norman ingilis dili ilə müqayisədə Azərbaycan dilini öyrənməyin asan olmadığını etiraf edib. Buna baxmayaraq, o, dil öyrənmə prosesindən zövq aldığını və bunu faydalı təcrübə hesab etdiyini vurğulayıb.

“Sizin dilinizi öyrənmək həqiqətən də xoşuma gəlir. Azərbaycan dili çox zəngindir, onun quruluşu çox xoşuma gəlir. Azərbaycan dilini öyrənmək karyeram ərzində qəbul etdiyim ən yaxşı qərarlardan biri oldu”, – səfir qeyd edib.

Dunkan Norman gələcəkdə Azərbaycan dilində danışıq bacarıqlarını daha da təkmilləşdirməyə və iş fəaliyyətində bu dildən daha çox istifadə etməyə ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir