Sabah çimərliyə gedənlər üçün hava proqnozu: Dəniz neçə dərəcə olacaq?

Sabah çimərliyə gedənlər üçün hava proqnozu: Dəniz neçə dərəcə olacaq?

Avqustun 24-də Bakıda hava necə olacaq? Çimərliklərdə suyun temperaturu açıqlanıb

Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

“Xəbər Yerində” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, səhər saatlarında cənub-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxt və Abşeronda gecə 22-25°, gündüz isə 33-38° isti olacaq.

Çimərliklərdə də isti hava şəraiti gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində 26-27°, cənub çimərliklərində isə 28-29° isti olacaq.

Şimal çimərliklərinə Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba, cənub çimərliklərinə isə Türkan, Hövsan, Sahil və Şıx daxildir.

Rayonlarda da əsasən yağmursuz hava proqnozlaşdırılır. Gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var.

Rayonlarda temperatur gecə 20-25°, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək yüksələcək. Dağlıq ərazilərdə isə gecə 14-19°, gündüz 23-28° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir