Belçika Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdi

Belçika Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdi

Bakıda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatında növbəti oyun baş tutub.

“Xəbər Yerində” “Report”a istinadən xəbər verir ki, C qrupunun görüşündə Belçika və Portuqaliya milliləri qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən matç Belçikanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Setlər Belçikanın üstünlüyü ilə 25:16, 25:21 və 25:11 hesabları ilə yekunlaşıb.

Belçika qrup mərhələsində ikinci qələbəsini qazanıb. Komanda ilk görüşdə İspaniyanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, C qrupunda bu gün Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir