A.B.İ.-də Afra Saraçoğlunun yerinə kim gəldi? 11 il əvvəlki partneri geri döndü

A.B.İ.-də Afra Saraçoğlunun yerinə kim gəldi? 11 il əvvəlki partneri geri döndü

“ATV” ekranlarında yayımlanan “A.B.İ.” serialının yeni mövsümündə Kenan İmirzalıoğlunun partneri bəlli olub.

Xəbər Yerində xəbər verir ki, Afra Saraçoğlunun layihədən ayrılmasının ardından İmirzalıoğlunun yeni partneri Bergüzar Korel olacaq. Bununla da məşhur aktyor 11 il sonra keçmiş ekran partneri ilə yenidən eyni layihədə rol alacaq.

Kenan İmirzalıoğlu və Bergüzar Korel daha əvvəl 2011-2015-ci illərdə yayımlanan “Karadayı” serialında baş rolları paylaşmışdılar. 115 bölüm davam edən ekran işi ikilinin uğurlu tərəfdaşlığı ilə də yadda qalmışdı.

Xatırladaq ki, “A.B.İ.” serialının ilk mövsümündə Kenan İmirzalıoğlunun partneri Afra Saraçoğlu olub. Saraçoğlunun layihədən ayrılmasından sonra serialın yeni qadın baş rolunun kim olacağı maraq doğurmuşdu.

Bergüzar Korelinin “A.B.İ.”yə qoşulması ilə bağlı xəbərlər artıq Türkiyə mediasında da geniş yayılıb. Yeni mövsümdə onun obrazının Doğanla köhnə tanış kimi təqdim ediləcəyi bildirilir.

Beləliklə, illər əvvəl “Karadayı”da böyük maraq doğuran Kenan İmirzalıoğlu-Bergüzar Korel ikilisi 11 ildən sonra yenidən eyni ekranı paylaşacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir