Xəbər Yerində xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin ölkəsində keçiriləcək aralıq seçkilərindən dərhal sonra sona çatacağını bildirib.
Trampın sözlərinə görə, Tehran qarşıdurmanı daha uzun müddət davam etdirmək gücündə deyil. O, İranın ABŞ-dakı seçki prosesinə təsir göstərməyə çalışdığını iddia edib.
ABŞ lideri bildirib ki, İran rəhbərliyi amerikalı seçicilərin ölkəni “zəif” idarə edəcək şəxsləri seçməsində maraqlıdır. Trampın fikrincə, belə bir vəziyyət Tehran üçün nüvə silahı əldə etmək imkanını yarada bilər.
Tramp daha əvvəl də münaqişənin tezliklə başa çatacağını desə də, qarşıdurma artıq yeddinci ayına daxil olub. O, son açıqlamasında savaşın 3 noyabrda keçiriləcək ABŞ aralıq seçkilərindən dərhal sonra sona çatacağını düşündüyünü deyib.

