ABŞ və İran arasında gərginliyin yenidən artması dünya neft bazarında ciddi bahalaşmaya səbəb olub.
“Xəbər Yerində” xəbər verir ki, yeni həftənin ilk ticarət sessiyasında əsas neft markalarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.
Brent 90 dollar həddini keçdi
Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 2,11 dollar yüksələrək 90,21 dollara çatıb.
WTI-də də bahalaşma qeydə alınıb
ABŞ-ın NYMEX birjasında keçirilən hərraclarda WTI markalı neftin qiyməti isə 1,66 dollar artıb.
Nəticədə WTI neftinin bir barelinin qiyməti 85 dollar səviyyəsini ötüb.
Neft bazarında qiymət artımının əsas səbəbi kimi ABŞ-İran arasında münaqişənin yenidən kəskinləşməsi və bunun qlobal enerji təchizatına mümkün təsirləri göstərilir.

