Bu gün Abşeron çimərliklərində hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 29-da çimərliklərdə şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində 24-25, cənub çimərliklərində isə 25-26 dərəcə isti olacaq.
Şimal çimərliklərinə Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba, cənub çimərliklərinə isə Türkan, Hövsan, Sahil və Şıx daxildir.
Qeyd: Küləyin arabir güclənəcəyi nəzərə alınaraq çimərliklərdə istirahət edənlərin ehtiyatlı olması tövsiyə olunur.

