Ali Məhkəmə onlayn kreditlərlə bağlı vətəndaşlara mühüm xəbərdarlıq edib.
Məhkəmənin açıqlamasına görə, şəxsin xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi həmin borcun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir. Belə hallarda bankın və vətəndaşın davranışı, eləcə də təqdim olunan sübutlar ayrıca qiymətləndirilir.
Vətəndaşlara FİN kodunu, SMS-lə göndərilən təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını və biometrik məlumatlarını başqaları ilə paylaşmamaq tövsiyə olunur.
Adına xəbəri olmadan kredit rəsmiləşdirildiyini müəyyən edən şəxslər isə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

