Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş – 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev də yüngül bədən xəsarətləri alıb.
Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

