Ağdərədə avtomobil aşıb, ər və arvad həlak olub
Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Xeberyerinde APA-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında Həsənriz–Umudlu avtomobil yolunda qeydə alınıb. İdarəetmədən çıxaraq aşan avtomobildə olan Kəlbəcər rayon sakinləri N. Əsgərov və həyat yoldaşı K. Əsgərova hadisə yerində həyatlarını itiriblər.
Qəza zamanı nəqliyyat vasitəsində olan digər Kəlbəcər sakini M. İsmayılova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

