AHİK nümayəndə heyəti Qazaxıstanda – yeni əməkdaşlıq sənədi imzalanıb-FOTO

AHİK nümayəndə heyəti Qazaxıstanda – yeni əməkdaşlıq sənədi imzalanıb-FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, səfər Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması və ölkəmizin sağlamlıq turizmi imkanlarının təbliği məqsədi daşıyır.

Səfər çərçivəsində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib. Görüşdə AHİK sədri Sahib Məmmədov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd edib.

O, Azərbaycan həmkarlar ittifaqları sistemində əmək hüquqlarının müdafiəsi, sosial xidmətlərin genişləndirilməsi və rəqəmsal imkanların artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Görüş zamanı AHİK-in üzvlər üçün təqdim etdiyi elektron xidmətlər, “e-ahik” Elektron Rezervasiya platforması, rəqəmsallaşmada süni intellektdən istifadə imkanları və sağlamlıq-istirahət mərkəzlərində xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təqdimatlar keçirilib.

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin də rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O, iki ölkənin həmkarlar ittifaqları arasında birgə layihələrin və qarşılıqlı təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.

Tərəflər təhsil, sağlamlıq turizmi və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşün yekununda AHİK ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası arasında daha əvvəl imzalanmış Əməkdaşlıq Sazişinin icrası üzrə 2026–2028-ci illəri əhatə edən Yol xəritəsi imzalanıb.

Sənəddə iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti səfər zamanı Qazaxıstanın nəqliyyat sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri ilə də görüşüb. Həmçinin “Қазақстан Теміржолшысы” qəzetinin fəaliyyəti ilə tanışlıq olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir