Alimlər kök hüceyrələrdən süni ürək qapağı toxuması hazırladılar

Alimlər kök hüceyrələrdən süni ürək qapağı toxuması hazırladılar

Avstraliyada alimlər kök hüceyrə texnologiyasından istifadə edərək insan ürək qapaqlarının xüsusiyyətlərini təqlid edən toxumalar hazırlayıblar.

Xeber Yerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, tədqiqat Melburndakı Murdoch Uşaq Tədqiqat İnstitutunun (MCRI) alimləri tərəfindən aparılıb.

Tədqiqatçıların hazırladığı laboratoriya modeli insan ürək qapaqlarının molekulyar xüsusiyyətlərini təqlid edir. Alimlər hesab edirlər ki, bu model ürək qapağı xəstəliklərinin necə inkişaf etdiyini daha ətraflı araşdırmağa və yeni müalicə üsullarını sınaqdan keçirməyə imkan verə bilər.

Tədqiqatın müəlliflərindən doktor Holli Voges bildirib ki, əldə olunan nəticələr həm uşaqlarda, həm də böyüklərdə zədələnmiş ürək qapağı toxumalarının müalicəsi üçün yeni imkanların yaranmasına səbəb ola bilər.

Onun sözlərinə görə, hazırlanmış model yeni müalicə üsullarının sınaqdan keçirilməsi və inkişaf etdirilməsi prosesini də sürətləndirə bilər.

Alimlər bu texnologiyanın gələcəkdə ürək qapağı xəstəliklərinin müalicəsində daha effektiv yanaşmaların hazırlanmasına töhfə verəcəyini düşünürlər.

Tədqiqatın nəticələri nüfuzlu “Cell Stem Cell” jurnalında dərc olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir