Almaniyada 10 minə yaxın insan “istidən ölüb”

Almaniyada 10 minə yaxın insan “istidən ölüb”

2026-cı ildə Almaniyada müşahidə olunan anomal istilər nəticəsində təxminən 10 min nəfər həyatını itirib.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) həftəlik hesabatında bildirilib.

Məlumata görə, iyulun 19-na olan vəziyyətə əsasən, isti hava şəraiti ilə əlaqələndirilən ölüm hallarının təxmini sayı 9,8 min nəfərə çatıb. Bu göstərici 2016-cı ildən bəri hər hansı tam təqvim ili üzrə qeydə alınan ən yüksək rəqəmdir.

İnstitutun məlumatına görə, ölüm hallarının böyük hissəsi iyun ayının ikinci yarısında, Almaniyanın bir çox bölgəsində havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı dövrdə baş verib. Təkcə iyulun 13–19-u tarixlərini əhatə edən həftədə təxminən 1 900 nəfər istilərlə əlaqəli səbəblərdən vəfat edib.

Mütəxəssislər bildirirlər ki, həddindən artıq isti hava ən çox yaşlı insanlar üçün təhlükəlidir. İstiliklə əlaqəli ölümlərin 5 420-si 85 yaşdan yuxarı şəxslərin payına düşür. Ölənlər arasında 65 yaşdan aşağı olanların sayı isə 630 nəfər təşkil edib.

İnstitutun məlumatına əsasən, son on ildə istilərlə bağlı ən çox ölüm halı 2018-ci ildə qeydə alınmışdı. Həmin il təxminən 9 min nəfər həyatını itirmişdi.

Qeyd olunub ki, 2026-cı ildə qeydə alınan ölüm hallarının 5 mindən çoxu iyun ayının ikinci yarısında baş verib. Həmin günlərdə Almaniyanın bir çox bölgəsində havanın temperaturu 40 dərəcə Selsiyə yaxınlaşıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir