Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub-FOTO

Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub-FOTO

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astara rayonunda Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib.

O, Milli Qəhrəmanın anası Vahimə xanımla görüşüb, həmçinin Pəncəli Teymurovun qardaşı Elbrus Teymurovun oğlunun toy mərasimində iştirak edib.

Anar Ələkbərov səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Pəncəli Teymurovun anası ilə yenidən görüşdüyünü qeyd edərək şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb.

“Var olsun, belə qəhrəmanlar yetişdirən analar! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə Prezidentin köməkçisi bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir