Türkiyənin Yalova vilayətində həyatını itirən müğənni Gül Tutun (“Güllü”) ölümü ilə bağlı aparılan istintaq başa çatıb.
İttiham aktına əsasən, prokurorluq müğənninin qızı Tuğyan Ülkem Gülterin “yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
İstintaqın qənaətinə görə, Gülter hadisə günü anasını otağa cəlb etmək üçün onun sevdiyi mahnını səsləndirib. Daha sonra isə “Hadi görüşüürüüüz” dedikdən sonra anasını iki əli ilə qaldıraraq 6-cı mərtəbədəki evin pəncərəsindən aşağı atıb.
İddianamədə şübhəlinin hadisədən əvvəl anasının ölməsini arzuladığına dair mesajlar yazdığı, hadisədən sonra isə telefonunu dəyişdirərək bəzi məlumatları silməyə çalışdığı bildirilib.
Hadisə zamanı otaqda olan Sultan Nur Ulu haqqında isə yalan ifadə vermə ittihamı ilə 2 ildən 4 ilədək həbs cəzası istənilib.

