“Araz Supermarket”də məhsulların qiymətinin baha satıldığı aşkarlanıb

“Araz Supermarket”də məhsulların qiymətinin baha satıldığı aşkarlanıb

“Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilən qiymətdən baha satıldığı müəyyən edilib.

Bununla da şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozduğu aşkarlanıb.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir