Argentina İngiltərəyə rəqib oldu

Argentina İngiltərəyə rəqib oldu

Argentina əlavə vaxtda İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

2026-cı il FIFA Dünya Kubokunun dörddəbir finalında son dünya çempionu Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Kanzas Siti stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyunun taleyi ikinci əlavə vaxt hissəsində həll olunub.

Argentina hesabı 10-cu dəqiqədə açıb. Lionel Messinin məhsuldar ötürməsindən sonra Aleksis Mak Allister dəqiq zərbə ilə komandasını önə keçirib. İlk hissə Cənubi Amerika təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.

İsveçrə fasilədən sonra oyuna tarazlıq gətirib. Dan Ndoye 67-ci dəqiqədə hesabı bərabərləşdirib. Beş dəqiqə sonra isə isveçrəlilər azlıqda qalıblar. Briel Embolo hakimi aldatmağa cəhd göstərdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Əsas vaxt və ilk əlavə vaxt hissəsində qalib müəyyənləşməyib. Argentina həlledici zərbəni ikinci əlavə vaxtda vurub. 112-ci dəqiqədə Xulian Alvares baxımlı qolla komandasını yenidən hesabda önə keçirib. Matçın 120+1-ci dəqiqəsində isə Lautaro Martines fərqlənərək yekun hesabı müəyyənləşdirib – 3:1.

Bu qələbə sayəsində son dünya çempionu Argentina Dünya Kubokunun yarımfinalına yüksəlib.

TRTSpora istinadən verdiyimiz xəbərə görə, Argentina finala vəsiqə uğrunda iyulun 15-də İngiltərə millisi ilə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir