Astarada dənizdə boğulduğu iddia edilən 36 yaşlı kişinin ölkə ərazisini tərk etdiyi müəyyənləşib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki , hadisə avqustun 19-da saat 19 radələrində qeydə alınıb. Masallı rayon sakini Elmar Məmmədlinin Astara şəhəri ərazisindəki çimərlikdə dənizdə boğulması və meyitinin suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində Elmar Məmmədlinin dənizdə boğulmadığı müəyyən edilib.
Məlum olub ki, 36 yaşlı şəxs avqustun 20-də hava yolu ilə Azərbaycanı tərk edib.
Faktla bağlı araşdırma davam etdirilir.

