İdmançılar 11 dəst medal uğrunda mübarizə aparıb
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü yekunlaşıb.
Xəbər Yerində xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkil etdiyi ölkə çempionatında iştirakçılar ilk gündə 11 dəst medal uğrunda mübarizə aparıblar.
Yarışlarda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar. Fərqlənən idmançılar həmçinin sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək beynəlxalq Mingəçevir Reqatasında Azərbaycan yığmasının heyətinə cəlb olunacaqlar.
Çempionatda akademik avarçəkmə və kayak üzrə 1 və 2 nəfərlik, kanoe üzrə isə 1 nəfərlik qayıqlarda yarışlar təşkil olunur.
Azərbaycan çempionatına sentyabrın 2-də yekun vurulacaq.








