Avqustun 17-də hava necə olacaq?

Avqustun 17-də hava necə olacaq?

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 28-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir. Yağıntının gündüz tədricən kəsiləcəyi bildirilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-34, dağlıq ərazilərdə gecə 12-17, gündüz isə 20-25 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir