Avropada meşə yanğınları genişlənir: 300 mindən çox insan təxliyə edilib

Avropada meşə yanğınları genişlənir: 300 mindən çox insan təxliyə edilib

Fransa və İspaniyada geniş əraziləri əhatə edən meşə yanğınları ilə mübarizə davam edir. Sinoptiklər yaxın günlərdə havanın daha da istiləşəcəyini və yanğın bölgələrində yağıntının gözlənilmədiyini bildirirlər ki, bu da vəziyyəti daha da ağırlaşdıra bilər.

Məlumata görə, meşə yanğınları səbəbindən Fransa və İspaniyada ümumilikdə 300 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə olunub. Müvəqqəti sığınacaqlarda qalan insanlar alovun yaşayış məntəqələrinə və təbiətə vurduğu uzunmüddətli zərərlə bağlı narahatlıqlarını ifadə edirlər.

Mütəxəssislərin fikrincə, Avropada bu yay meşə yanğınlarının sayının artması iqlim dəyişiklikləri ilə əlaqəlidir. Qeyri-adi dərəcədə rütubətli keçən qış mövsümündən sonra yay aylarında müşahidə olunan ekstremal istilər və quraqlıq yanğınların sürətlə yayılmasına əlverişli şərait yaradıb.

Hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almaq üçün işlərini davam etdirir. Təhlükəli hava şəraitinin isə növbəti günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir