Aygün Kazımovanın qızı arıqlama sirrini açdı

Aygün Kazımovanın qızı arıqlama sirrini açdı

Xəbər Yerində xəbər verir ki, müğənni İlqarə Kazımova arıqlamasının sirrini açıqlayıb.

Xalq artisti Aygün Kazımovanın qızı sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən çəki itirməsi ilə bağlı yayılan suallara aydınlıq gətirib.

İlqarə Kazımova mədəkiçiltmə əməliyyatı keçirmədiyini və arıqlamaq üçün hər hansı iynədən istifadə etmədiyini bildirib.

Müğənni qeyd edib ki, artıq çəkidən düzgün qidalanma və rejimə əməl etməklə xilas olub.

“Heç vaxt mədəmə müdaxilə etdirmərəm. Gözəl həkimlərin sayəsində düzgün qidalanma və rejimlə arıqladım”, – deyə İlqarə Kazımova bildirib.

Mənbə: Axşam.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir