Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra yenidən bir araya gəliblər.
Sənətçilər bu dəfə “Gəlirəm” adlı mahnını duet şəklində təqdim ediblər.
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun əməkdaşlığı 2005-ci ildən başlayıb. Onlar həmin il “Sevdi ürək” adlı albom üçün birlikdə çalışıblar. Albomda ifaçıların səsləndirdiyi 15 mahnı yer alıb.
Cütlüyün “Sevirəm”, “Bağlanıram”, “Dedi-qodu”, “Dözmədi qəlbim”, “Mənim deyil”, “Sevdi ürək” və digər duetləri uzun illər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

