Azərbaycan millisi Avstriyanı darmadağın etdi – 1/8 finala yüksəldi

Azərbaycan millisi Avstriyanı darmadağın etdi – 1/8 finala yüksəldi

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda yarışlarına start verilib.

Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb.

Cüdoçularımız rəqib üzərində 4:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəliblər.

Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.

Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşviliyə qalib gələrək hesabı 2:0-a çatdırıb.

-57 kq çəki dərəcəsində Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib.

Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı məğlub edərək Azərbaycan millisinin dördüncü qələbəsini təmin edib.

Beləliklə, 4:0 hesablı qələbə qazanan Azərbaycan millisi qarşılaşmanı vaxtından əvvəl başa vurub və 1/8 finala vəsiqə əldə edib.

Yığmamızın növbəti mərhələdəki rəqibi Yaponiya millisi olacaq.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının fərdi yarışlarında rekord nəticə göstərərək 7 medal qazanıb.

Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal əldə ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir