Azərbaycan Rusiyaya sərt mesaj verdi: Qarabağla bağlı bu təcrübəyə son qoyun

Azərbaycan Rusiyaya sərt mesaj verdi: Qarabağla bağlı bu təcrübəyə son qoyun

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Qarabağ və KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib.

XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın sorğusunu cavablandırarkən deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir və tarixi faktları təhrif edir.

Onun sözlərinə görə, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu baxımdan, KTMT mexanizmlərinin vaxtilə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinə tətbiq olunması məsələsinin yenidən gündəmə gətirilməsi, eləcə də bunun Qarabağın Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi həm Rusiyanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir, həm də heç bir hüquqi əsasa söykənmir.

Ayxan Hacızadə vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da keçmiş münaqişəyə son qoyulub.

XİN rəsmisi əlavə edib ki, Rusiya-Ermənistan münasibətlərinə aid məsələlərin Azərbaycanla əlaqələndirilməsi və bu kontekstdə şərh olunması praktikasına son verilməlidir.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iyulun 27-də “Qvardeysk” Gənclər Forumunda çıxışı zamanı Ermənistanın vaxtilə KTMT mexanizmlərinin işə salınmasına çağırış etdiyini, lakin bunun kimə və hansı vəziyyətə münasibətdə tətbiq olunmasının mübahisəli məsələ olduğunu bildirmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir