Xəbər Yerində İdman.Biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə U-20 dünya çempionatında bürünc medal əldə edib.
Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, rapid yarışında doqquz turdan sonra 7 xal toplayan Səmədov üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb.
Digər Azərbaycan təmsilçisi Şiroğlan Talıbov isə 6,5 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 91 şahmatçı mübarizə aparır. Bu gün və sabah isə blits üzrə yarışlar keçiriləcək.

