Azərbaycan və Türkiyə xarici işlər nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub. Beynəlxalq platformalarda koordinasiya məsələlərinə də toxunulub.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki son irəliləyişləri və davamlı sülhün təmin olunması üçün atılan addımları nəzərdən keçiriblər.
Bundan başqa, Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə münaqişələrin siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Mənbə: Unikal.az

