Azərbaycanda bu ərazilərdə cəmi 160 manatdan başlayan qiymətlərlər torpaq satılır

Azərbaycanda bu ərazilərdə cəmi 160 manatdan başlayan qiymətlərlər torpaq satılır

Xəbər Yerində xəbər verir ki, müxtəlif rayonlarda torpaq sahələrinin müsabiqə və hərracları oktyabrın 21-də keçiriləcək.

Hərrac və müsabiqələr saat 15:00-da başlayacaq. İştirak üçün ərizələr sentyabrın 21-dən oktyabrın 19-dək qəbul olunur.

Hərraca və icarəyə çıxarılan torpaq sahələri arasında fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan ərazi də var. Belə ki, Xızı rayonunun Xələnc kəndində 350 kvadratmetrlik torpaq sahəsinin ilkin satış qiyməti 5 285 manat müəyyən edilib. Hərrac addımı 528,50 manatdır.

Digər ərazilərdəki torpaqlar isə əsasən kənd təsərrüfatı və heyvandarlıq məqsədləri üçün 15 il müddətinə icarəyə verilir.

Lənkəran və Astara

Lənkəranın Digah kəndində 1 hektar və 9 500 kvadratmetr torpaq sahələri illik 250 manat icarə haqqı ilə təklif olunur.

Astaranın Şiyəkəran kəndində 7 500 kvadratmetrlik kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin illik icarə haqqı 188 manatdır.

Kürdəmir və Ucar

Kürdəmirin Xəlsə kəndində 2 hektar torpaq sahəsi illik 440 manat icarə haqqı ilə hərraca çıxarılır.

Ucar rayonunda isə bir neçə torpaq sahəsi 15 il müddətinə icarəyə veriləcək. Bağman kəndində 3,8 hektarlıq sahənin illik icarə haqqı 494 manat, 4,92 hektarlıq sahənin 639 manat, 6,95 hektarlıq örüş sahəsinin isə 764 manatdır. Boyat kəndində 4 hektar əkin sahəsinin illik icarə haqqı 520 manat müəyyən edilib.

Qaracallı kəndində 5,57 hektarlıq torpağın illik icarə haqqı 668 manat təşkil edir.

Ağcabədi və İmişli

Ağcabədinin Qiyaməddinli kəndində 5 500 və 6 000 kvadratmetrlik əkin sahələri illik müvafiq olaraq 181,50 və 198 manat icarə haqqı ilə təklif olunur.

İmişlinin Oruclu kəndində heyvandarlıq üçün nəzərdə tutulan torpaqların sahəsi 2,8 hektardan 7,8 hektaradək dəyişir. İllik icarə haqları 408,80 manatdan 1 138,80 manatadəkdir.

Cəlilabad və Masallı

Cəlilabad şəhərində 4 000 kvadratmetrlik əkin sahəsi 15 il müddətinə illik 160 manat icarə haqqı ilə təqdim olunur.

Masallının Çaxırlı kəndində isə 1,4 hektarlıq örüş sahəsinin illik icarə haqqı 210 manat müəyyən edilib.

Torpaq sahələri üzrə müraciətlər Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrinə edilməlidir.

Mənbə: Modern.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir