Hazırda Azərbaycanın bəzi ərazilərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
Şimal-qərb küləyinin maksimal sürəti Naftalan və Gəncədə 28, Goranboyda 27, Mingəçevir və Ağstafada 25, Tovuzda 24, Bakı və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər və Şəmkirdə 16, Zaqatala, Balakən və Şəkidə 15 m/s təşkil edir.
Quba, Qusar, Xızı, Göygöl, Gəncə və Tərtərdə hazırda yağış yağır, şimşək çaxır.

