Azərbaycanda leysan və dolu yağdı – Faktiki hava açıqlandı

Azərbaycanda leysan və dolu yağdı – Faktiki hava açıqlandı

Avqustun 21-də Azərbaycanda hava şəraitinin küləkli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Avqustun 20-də günün ikinci yarısından etibarən bəzi rayonlarda şimşək çaxıb və yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntı leysan xarakterli və intensiv olub.

Ən çox yağıntı Şahdağda qeydə alınıb – 18 mm. Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda 4, Ağdam və Qəbələdə 3 mm yağıntı düşüb.

Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə isə diametri 8-10 mm olan dolu düşüb.

Paytaxt və ətraf ərazilərdə küləyin maksimal sürəti 21 m/s-ə çatıb. Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran və Naftalanda isə 16 m/s külək qeydə alınıb.

Dəniz suyunun temperaturu

Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq.

Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturunun 25-26 dərəcə təşkil edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir