Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni proqram ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə edilib. Agentlik proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim etməlidir.

Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi isə AQTA-nın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sərəncama əsasən, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi AQTA ilə birlikdə proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitin nəzərdə tutulması ilə bağlı tədbirlər görəcəklər.

Sərəncam 10 sentyabr 2026-cı ildə imzalanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir