Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur.
Oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır xalça və xalça məmulatı ehtiyatı olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu da 2024-cü illə müqayisədə 6% artım deməkdir.

