Bu gəlirlər artıq vergiyə cəlb olunacaq – Milli Məclisdən qərar

Bu gəlirlər artıq vergiyə cəlb olunacaq – Milli Məclisdən qərar

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclis özəl məhkəmə ekspertlərinin gəlirlərinin vergiyə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən əldə olunan haqlar, xərclər nəzərə alınmadan, vergitutma obyekti hesab ediləcək.

Beləliklə, özəl məhkəmə ekspertlərinin həmin gəlirlərindən 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir