Bu ilin ilk 7 ayında Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlir 239,4 milyon ABŞ dollarına çatıb.
Xəbər Yerində xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında məlumat verilib.
Hesabat dövründə qızıl ixracının dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 33,9 faiz artıb.
İyul ayının özündə isə xarici bazarlara 37,2 milyon dollar dəyərində qızıl göndərilib. Bu göstərici illik müqayisədə 9,7 faiz çoxdur.
Qeyd edək ki, yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz məhsullarının ümumi ixracı da artım nümayiş etdirib. Bu sahə üzrə ixracın həcmi 18,3 faiz yüksələrək 2,5 milyard ABŞ dollarına çatıb.
Mənbə: Report.az

