UEFA Avropa Liqası və Konfrans Liqasında 2026/27 mövsümünün əsas mərhələsində mübarizə aparacaq bütün komandaların adları müəyyənləşib.
Xəbər Yerində xəbər verir ki, hər iki turnirin liqa mərhələsində 36 klub iştirak edəcək.
Avropa Liqasının əsas mərhələsində Almaniyanı “Bayer” və “Hoffenhaym”, Portuqaliyanı “Benfika” və “Torrense”, İtaliyanı “Yuventus” və “Milan”, Niderlandı “AZ Alkmaar” və “NEK Neymegen”, Yunanıstanı “Olimpiakos” və OFİ, İspaniyanı “Real Sosyedad” və “Selta” təmsil edəcək.
Turnirin iştirakçıları arasında Fransanın “Lion”, “Marsel” və “Renn”, Macarıstanın “Ferensvaroş”, Çexiyanın “Viktoriya” və “Sparta”, Belçikanın “Anderlext” və “Union”, Xorvatiyanın “Dinamo Zaqreb”, Şotlandiyanın “Seltik”, Avstriyanın “Zalsburq” və “Şturm”, Polşanın “Lex” və “Yagelloniya” klubları da var.
Həmçinin İngiltərədən “Kristal Pelas”, “Sanderlend” və “Bornmut”, Sloveniyadan “Selye”, Kiprdən “Omoniya”, Türkiyədən “Beşiktaş”, İsraildən “Hapoel” (Ber-Şeva), Norveçdən “Lillestrom”, Bolqarıstandan “Levski” və Ermənistanın “Ararat-Armenia” komandaları da Avropa Liqasının liqa mərhələsində çıxış edəcəklər.
Konfrans Liqasında da bütün iştirakçılar məlumdur
Konfrans Liqasının əsas mərhələsində isə İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa”, Niderlandın “Ayaks” və “Tvente”, Almaniyanın “Frayburq”, Fransanın “Monako” və Danimarkanın “Kopenhagen”, “Norşellan”, “Midtüllan” və “Orxus” klubları yer alacaq.
Bundan başqa, Qazaxıstanın “Kayrat”, Türkiyənin “Trabzonspor”, Rumıniyanın “Universitatya Krayova”, Serbiyanın “Srvena Zvezda”, Yunanıstanın “Panatinaikos”, Belçikanın “Gent” və “Sent-Trüden”, Kiprin “Pafos”, İngiltərənin “Brayton”, İsveçrənin “Luqano” və “Tun”, İspaniyanın “Xetafe”, Finlandiyanın “KuPS” komandaları mübarizəyə qoşulacaq.
Siyahıda həmçinin Bosniya və Herseqovinadan “Borats”, Norveçdən “Brann”, Şotlandiyadan “Harts”, Latviyadan “Riqa”, Xorvatiyadan “Hayduk” (Split), Çexiyadan “Yablonets”, Moldovadan “İnter”, Bolqarıstandan ÇSKA (Sofiya), Litvadan “Jalgiris”, İsveçdən “Myölbü”, Gürcüstandan “İberiya”, Albaniyadan “Eqnatiya” və Cəbəllütariqdən “Linkoln” yer alıb.
Hər iki turnirin liqa mərhələsinin püşkatma mərasiminin bu gün keçirilməsi planlaşdırılır.

