Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçib

Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçib

Azərbaycanın strateji valyuta ehtiyatlarında növbəti artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatlarının ümumi həcmi 90 milyard 769,7 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz çoxdur.

Avqustun 1-də strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib. Beləliklə, cəmi bir ay ərzində ehtiyatların həcmi 3 milyard 954,8 milyon dollar artıb.

Aylıq ifadədə artım 4,6 faiz təşkil edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir